Qazaxıstanın mədəniyyət və informasiya naziri Aidə Balayevanın rəhbərlik etdiyi nümayəndə heyəti Bakıda keçirilən Qazaxıstan Mədəniyyəti Günləri ilə bağlı ölkəmizdə səfərdədir.
Dünən Azərbaycanın mədəniyyət naziri Adil Kərimli Qazaxıstanlı həmkarı ilə görüşüb. Nazir bildirib ki, Azərbaycan və Qazaxıstan prezidentləri İlham Əliyev və Kasım-Jomart Tokayev arasında dostluq və qardaşlıq münasibətləri mədəniyyət sahəsinə də müsbət təsirini göstərir. Nazir mədəniyyət və incəsənətin müxtəlif sahələrində əməkdaşlığın daha da möhkəmləndirilməsi üçün birgə layihələrin həyata keçirilməsinin önəmini vurğulayıb.
Aidə Balayeva bildirib ki, Azərbaycanla Qazaxıstan arasında ikitərəfli əlaqələrin uğurla inkişafında tarixən dostluq və qardaşlıq prinsipləri ilə yaşayan xalqlarımızın, xüsusən də dövlət başçılarımızın etibarlı və davamlı dostluğu mühüm rol oynayır. İntensiv ikitərəfli və çoxtərəfli formatda əməkdaşlığın mədəni sahədə də dinamik inkişafa təsirini görürük.
XQ

