Polisə müqavimətdə təqsirləndirilənlər məsuliyyətə cəlb edilib

post-img

Qəbələ rayonunun Vəndam qəsəbəsi ərazisində polis əməkdaşlarına müqavimət göstərməkdə təqsirləndirilən şəxslər məsuliyyətə cəlb olunublar.

Bu barədə Baş Prokurorluq və Daxi­li İşlər Nazirliyinin mətbuat xidmətlərinin birgə məlumatında bildirilib.

Xatırladılıb ki, dekabrın 2-də Qəbələ rayonunun Vəndam qəsəbəsində xidməti vəzifələrini icra edən polis əməkdaşları­na zor tətbiq olunmasına dair rayon pro­kurorluğuna məlumat daxil olub.

Aparılan araşdırma zamanı Qəbələ rayonunun Vəndam qəsəbə sakini 1981-ci il təvəllüdlü Səxavət Ağayevin qeyd olunan tarixdə yaşadığı qəsəbənin əra­zisində yol hərəkəti qaydalarını pozaraq sərxoş vəziyyətdə müvafiq etibarnamə olmadan idarə etdiyi “VAZ 2107” minik markalı avtomobillə saxlanılarkən 1974-cü il təvəllüdlü qardaşı Eldəniz Ağayev­lə birgə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına və əxlaq normala­rına saymazlıq nümayiş etdirmələri, icti­mai qaydanı kobud surətdə pozmaları, habelə hakimiyyət nümayəndəsi qismin­də ictimai qaydanın qorunması üzrə və­zifələrini yerinə yetirən polis əməkdaşla­rının qanuni tələblərinə tabe olmayaraq zor tətbiq edilməsi ilə müşayiət olunan qərəzli xuliqanlıq hərəkətləri etməklə müqavimət göstərmələrinə və Qəbələ Rayon Polis Şöbəsinə məxsus avtomobi­li zədələmələrinə əsaslı şübhələr müəy­yən edilib.

Faktla bağlı başlanmış cinayət işi üzrə Eldəniz Ağayev Cinayət Məcəlləsi­nin 221.3 (silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə xuliqanlıq) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə), Səxavət Ağayev isə həmin Məcəllənin 221.2.1, 221.2.2 (bir qrup şəxs tərəfindən ictimai qaydanın qorun­ması üzrə vəzifəni yerinə yetirən şəxsə müqavimət göstərməklə xuliqanlıq) və 315-ci maddələrilə təqsirləndirilən şəxs qismində cəlb ediliblər.

Məhkəmənin qərarı ilə Eldəniz Ağa­yev barəsində həbs, Səxavət Ağayev barəsində isə ev dustaqlığı qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə bütün hallar tam, hərtərəfli və obyektiv istintaq edilməklə təqsiri olan bütün şəxslərin əməllərinə hüquqi qiymət verilməsi təmin ediləcək.

XQ

Son xəbərlər