“PAŞA Holding”in İnmerge İnnovasiyalar Sammiti

post-img

Məlumat verildiyi kimi, “PAŞA Holding” İnmerge İnnovasiya Sammitini təşkil edir. Dünən – 30 noyabr sammitin ilk günü baş tutub.

Tədbirin açılışı zamanı “PAŞA Hol­ding”in baş icraçı direktoru Cəlal Qa­sımov tədbir iştirakçılarını salamlayıb, sammitin təşkilinin əsas məqsədi, elə­cə də bu sammitin ölkəmiz və region üçün önəmi barədə danışıb.

“Ölkəmizdə və regionda innovasiya ekosisteminin dəstəklənməsi əsas pri­oritetlərimizdəndir. Düşünürəm ki, ha­zırkı sammit bu hədəfə çatmağa böyük töhfə verəcək”, – deyə “PAŞA Holding”inbaş icraçı direktoru Cəlal Qasımov bil­dirib.

Bu sammit texnologiya sahəsində aparıcı şəxsləri və şirkətləri, eləcə də innovasiyayönümlü startapları Bakıda bir araya gətirmək, onlar üçün peşə­kar müzakirələr, fikir və təcrübə müba­diləsi imkanı yaratmaq və beləcə ölkə və regionda innovasiya ekosisteminin formalaşmasına dəstək göstərmək məqsədi daşıyır. 

Tədbirin ilk günü çərçivəsində sam­mitin açılışı üçün rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, iqtisa­diyyat nazirinin müavini Elnur Əliyev, Azərbaycan Respublikası Prezidentininköməkçisi Şahmar Mövsümov və “Trendyol” şirkətlər qrupunun CEO-su Erdem İnan da səhnədə idilər. Onların çıxışının ardınca isə hamını həyəcan­landıran təqdimat baş tutub və Steve Vozniak gələn hər kəsi salamlayıb. O, öz çıxışı zamanı məktəb vaxtlarındakı mühəndislik uğurlarına, Stiv Cobs ilə tanışlığına, həmçinin “Apple”ın ilk gün­lərindən hekayələrə yer verib. 

Bütün bunlarla yanaşı, “PAŞA Hol­ding” dünyanın müxtəlif ölkələrindən iştirakçıları maliyyə texnologiyaları və telekommunikasiya vertikallarında, eləcə də təlimlərdə bir yerə toplayıb. Sammit çərçivəsində baş verən önəmli hadisələrdən biri də “Azərbaycan Res­publikasında innovasiya və startap ekosisteminin inkişafı üçün əməkdaş­lıq ilə bağlı Anlaşma Memorandumu”­nun imzalanması olub. Memorandumu “PAŞA Holding”in İnnovasiyalar Şöbə­sinin müdiri Fərrux Əliyev, İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sə­naye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fa­riz Cəfərov, Elm və Təhsil Nazirliyinin Təhsilin İnkişafı Fondunun sədri Elnur Nəsibov, Rəqəmsal İnkişaf və Nəqliy­yat Nazirliyinin İnnovasiya və Rəqəm­sal İnkişaf Agentliyinin sədri vəzifəsini icra edən İnara Vəliyeva, SOCAR-ın vitse-prezidenti Kənan Nəcəfov imza­layıblar.

Qeyd edək ki, bu gün regionun ən böyük innovasiyalar sammitinin ikinci günü keçirilir.

XQ

Son xəbərlər