Praqada Azərbaycan Respublikasının Çexiyadakı səfirliyinin dəstəyi ilə Ostrava televiziyasının hazırladığı Azərbaycana həsr edilmiş filmin təqdimat mərasimi keçirilib.
Qeyd edək ki, “Azərbaycan Petr Valdanın gözü ilə” adlı layihənin məhsulu olan 13 hissədən ibarət qısametrajlı filmdə Azərbaycanın müxtəlif guşələri, mədəniyyəti, tarixi və xalqın gündəlik həyatı təsvir edilib.
Təqdimat mərasimində çıxış edən ölkəmizin Çexiyadakı səfiri Adış Məmmədov filmin rejissoru Petr Voldana, filmin hazırlanmasında əməyi olan hər kəsə, xüsusilə də Çex Televiziyasının rəhbərliyinə təşəkkürünü bildirib.
Sonra Petr Voldan və filmin yaradıcı heyəti çıxış edərək, Azərbaycan haqqında təəssüratlarını bölüşdülər. Sonda isə filmə baxış keçirilib.
Qeyd edək ki, təqdimatda diplomatik korpusun üzvləri, çex ictimaiyyətinin nümayəndələri, Karlov Universitetinin müəllim heyəti və həmvətənlərimiz iştirak ediblər.
XQ

