Aİ-nin “etnik və dini” ittihamı əsassızdır

post-img

Avropa İttifaqının nümayəndəsi ATƏT-in Nazirlər Şurasında etdiyi çıxışda “Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyi, o cümlədən qayıdış hüququ” məsələsini qabardıb. 

Məsələ ilə bağlı Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda qeyd olunub: “Avropa İttifaqının Azərbaycanın daxili işlərinə qarışması, məsələlərə etnik və dini zəmində yanaşması, Ermənistandan deportasiya edilmiş azərbaycanlıların qayıdışı hüququna toxunmaması tamamilə qəbuledilməz­dir. 

Bu kimi qərəzli açıqlamalar Avropa İttifaqının Azərbaycan–Ermənistan müna­sibətlərinin normallaşdırılması prosesində dürüst vasitəçi kimi çıxış edə bilməyə­cəyini göstərir”.

XQ

Siyasət