Milli Məclisin Sədri Almaniyada

post-img

Milli Məclisin Sədri Sahibə Qafarovanın Alamaniyaya səfəri davam edir. O, səfər çərçivəsində Almaniya Federativ Respublikası Bundestaqının Sədri Barbel Bas ilə görüşüb. 

Ölkələrimiz və parlamentlərimiz ara­sında münasibətlərin inkişafından danı­şan B.Baş Milli Məclis Sədrinin Almani­yaya rəsmi səfərinin ikitərəfli əlaqələrin daha da genişlənməsinə müsbət təsir göstərəcəyinə inamını bildirib. Qeyd olunub ki, ötən il ölkələrimiz arasında diplomatik münasibətlərin qurulması­nın 30 illiyi qeyd edilib. Bu dövr ərzində ikitərəfli münasibətlər siyasi, iqtisadi, humanitar və digər sahələrdə uğurla inkişaf edib və əlaqələrin daha da ge­nişləndirilməsi üçün yaxşı imkanlar ya­ranıb.

Bundestaqın Sədri hazırda ölkəsinin enerji təchizatında yaranmış problem­lərlə bağlı fikirlərini bölüşüb. O, Alma­niyanın bərpa olunan enerjiyə göstər­diyi diqqət, bu sahədə çalışan şirkətlər, Bundestaqın parlamentariləri haqqında danışıb. B. Bas Azərbaycanın da bərpa olunan enerji sahəsində müvafiq qu­rumları ilə əlaqələrin yaradılması barə­də fikirlərini bölüşüb.

S.Qafarova ikitərəfli münasibətlərin inkişafında yüksək səviyyəli siyasi dia­loqun və qarşılıqlı səfərlərin, görüşlərin rolunu vurğulayaraq, diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin 2023-cü ilin martında Almaniyaya işgüzar səfəri, Prezident Frank-Valter Ştaynmayer və Kansler Olaf Şoltsla görüşləri əməkdaş­lıq əlaqələrinin müzakirəsi baxımından böyük əhəmiyyət kəsb edib.

Görüş zamanı Azərbaycanın region­da uzunmüddətli sülhün əldə olunması təşəbbüsü ilə çıxış etdiyi, Ermənistanla bir-birinin suverenliyinin və ərazi bütöv­lüyünün qarşılıqlı tanınması əsasında sülh sazişi imzalamaq üçün beş əsas prinsipi təqdim etdiyi diqqətə çatdırı­lıb. Qeyd edilib ki, Ermənistanın siyasi və hərbi təxribatları, son 3 ildə üzərinə götürdüyü öhdəliklərə əməl etməmə­si, ərazilərimizdə yaradılmış qanunsuz separatçı rejimə davamlı dəstəyi Azər­baycanın Qarabağ bölgəsində antiterror tədbirlərinin keçirilməsini qaçılmaz edib. Bu tədbirlər mülki şəxslər arasında heç bir itki olmadan beynəlxalq hüquqa tam uyğun olub. Nəticədə separatçı rejim özünü ləğv etdi və Azərbaycanın suve­renliyini tam bərpa olunub. 

Sədr qeyd edib ki, bu gün Azərbay­canla Ermənistan arasında sülh sa­zişinin imzalanmasına heç bir maneə yoxdur. Azərbaycan sülh sazişinin im­zalanması üzrə danışıqları davam etdir­məyə hazırdır. 

***

Milli Məclisin Sədri Sahibə Qafaro­vanın başçılığı ilə Almaniya Federativ Respublikasında səfərdə olan Azərbay­can parlament nümayəndə heyətinin üzvləri Almaniya–Cənubi Qafqaz parla­mentlərarası əlaqələr üzrə qrupun üzv­ləri ilə görüşüblər. 

Söhbət zamanı ölkələrimiz və parla­mentlərimiz arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, Azərbaycan və Almaniya arasında ikitərəfli münasibətlər bir çox sahələrdə uğurla inkişaf edib və əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı imkan­lar var.

Bu səfərin ikitərəfli əlaqələrin dərin­ləşməsinə töhfə verəcəyinə inamın ifa­də olunduğu görüşdə dostluq qrupları arasında əməkdaşlıq məsələləri barə­də fikir mübadiləsi aparılıb, qarşılıqlı səfərlərin və təmasların önəmi diqqətə çatdırılıb. Belə təmasların qarşılıqlı məlumatlandırma, ölkələrimiz arasında əməkdaşlığın aktual məsələlərinin mü­zakirəsi baxımından faydalı ola biləcəyi qeyd edilib. 

Deputatlar hazırda regionda möv­cud olan vəziyyət, Azərbaycanın sülh təşəbbüsləri barədə almaniyalı həmkar­larını ətraflı şəkildə məlumatlandırıblar.

Ə.BƏDƏLOV
XQ

Son xəbərlər