Azərbaycanın Dubayda iqlim fəaliyyəti təqdimatı

post-img

Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyasında – COP28-də pavilyonla təmsil olunur.

Dubayda dekabrın 12-nədək davam edəcək COP28 çərçivəsində Heydər Əliyev Fondu, Ekologiya və Təbii Sər­vətlər Nazirliyinin birgə təşkilatçılığı ilə yaradılan milli pavilyon “İqlim dayanıq­lığı üçün davamlı həlləri rəhbər tutaq” mövzusunu əhatə edir.

Pavilyonun konsepsiyası Azərbay­canın zəngin flora və faunası üzərində qurulub. 

İnteraktiv formatdakı pavilyonda Azərbaycanın iqlim dəyişikliyi sahəsin­də siyasəti, atmosferə atılan istixana qazlarının azaldılması istiqamətində Azərbaycan hökumətinin tədbirləri, mi­tiqasiya, adaptasiya üzrə fəaliyyəti və digər layihələr barədə məlumat verilir.

Qeyd edək ki, ölkəmiz 2030-cu ilə qə­dər istilik effekti yaradan qazların emis­siyasının 35% azaldılması, 2050-ciildə isə bu hədəfin 40 faizə çatdırıla­cağına dair öhdəliyi təsdiqləyib və bu istiqamətdə aktiv fəaliyyət göstərmək Azərbaycan hökuməti üçün prioritet məsələdir.

Pavilyonda “Enerji keçidi”, “Ətraf mühit xəritəsi”, “Bərpaolunan enerji”, “Ağıllı kənd” və digər bölmələr fəaliyyət göstərir. İnteraktiv formatdakı “Azərbay­canın Ətraf Mühit Xəritəsi” Milli Parklar, İqlim növləri, Bərpaolunan enerji, Su ehtiyatları və Yaşıl konsepsiyanı əks etdirir. Hər mövzu mövcud infrastruktur və gələcək layihələr haqqında ətraflı məlumatlarla Azərbaycanın xəritəsi­ni təqdim edir. Pavilyondakı instalya­siyada Azərbaycan Respublikasının “Qırmızı kitab”ı, iqlim təşəbbüsləri və minalarla mübarizə mövzusu da əhatə olunub. Burada “Qırmızı kitab”a düş­müş və Azərbaycanda nəsli kəsilməkdə olan heyvan və bitkilər haqqında məlu­matlar, QHT və dövlət qurumları tərə­findən həyata keçirilən ekoloji layihələr, ölkəmizdəki mina problemi və ekoloji nəticələri barədə məlumat verilir. 

Pavilyondakı “Ağac ək” bölməsində isə Ermənistanın işğalı zamanı dağıl­mış ekoloji tarazlığı bərpa etmək üçün Azərbaycanda, xüsusən də Qarabağda həyata keçirilən ağacəkmə təşəbbüslə­ri təqdim olunur. Pavilyonun hər bir zi­yarətçisi də planşet vasitəsilə rəqəmsal olaraq ərizə təqdim edərək ağacəkmə (şam və ya zeytun ağacı) təşəbbüsünə qoşula və bununla Qarabağın ekoloji balansının bərpasına dəstək ola bilər. Bu ağaclar Qarabağ bölgəsində – Fü­zuli şəhərində əkiləcək.

XQ

Son xəbərlər