İqtisadi Şuranın və İnvestisiya Holdinqi Müşahidə Şurasının birgə iclası

post-img

Azərbaycan Respublikasının İqtisadi Şurasının və Azərbaycan İnvestisiya Holdinqinin (AİH) Müşahidə Şurasının birgə iclası keçirilib.

Nazirlər Kabinetinin mətbuat xidmə­tindən bildirilib ki, Azərbaycan Respubli­kasının Baş naziri Əli Əsədovun sədrliyi ilə keçirilən birgə iclasın gündəliyində AİH-nin idarəetməsinə verilmiş Portfel şirkətlərinin 2023-cü ilin 9 ayının yekun­ları üzrə Fəaliyyət Hesabatı, o cümlədən maliyyə, kommersiya, investisiya və əmə­liyyat göstəricilərinə dair əsas nəticələr, “Azərbaycan Hava Yolları” və “Azərbay­can Dəmir Yolları” QSC-lərin borc öhdə­liklərinin tənzimlənməsinə dair təkliflər, sığorta və rabitə sektoru ilə bağlı cari məsələlər ətraflı müzakirə olunub.

İclasda rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin və Azərbaycan İn­vestisiya Holdinqinin Baş icraçı direktoru Ruslan Əlixanovun məruzələri dinlənilib. 

İclasın yekununda İqtisadi Şuranın üzvlərinin rəy və təklifləri nəzərə alınmaq­la müzakirə olunan məsələlər barədə qə­rarlar qəbul olunub, Maliyyə və Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliklərinə, Mərkə­zi Banka və AİH-nin İdarə Heyətinə mü­vafiq tapşırıqlar verilib. 

XQ

Son xəbərlər