Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 429 Bakı şəhəri, 28 noyabr 2023-cü il

“İnzibati xəta haqqında protoko­lun, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında işə baxılarkən çıxarılan qərarın və inzi­bati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardadın for­malarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 18 noyabr tarixli 466 nömrəli Qərarında dəyişiklik edil­məsi barədə

Azərbaycan Respublikası Konstitu­siyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərbaycan Respublikasının Mülki Prosessual Mə­cəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Notariat haqqında” və “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının qanunla­rında dəyişiklik edilməsi barədə” Azər­baycan Respublikasının 2023-cü il 24 oktyabr tarixli 1008-VIQD nömrəli Qa­nununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“İnzibati xəta haqqında protokolun, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfin­dən inzibati xəta haqqında işə baxılarkən çıxarılan qərarın və inzibati xəta haqqın­da işin aidiyyəti üzrə göndərilməsi barədə qərardadın formalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Na­zirlər Kabinetinin 2016-cı il 18 noyabr ta­rixli 466 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 11, maddə 1954; 2019, № 6, maddə 1142; 2021, № 10, maddə 1170; 2022, № 2, maddə 180) aşağıdakı dəyi­şikliklər edilsin:

1. Həmin Qərarla təsdiq edilmiş 2-1 nömrəli əlavə – “Əmək, məşğulluq, əmək pensiyaları, sosial müavinətlər və icbari sığorta sahələrində qanunvericiliyin po­zulması ilə əlaqədar tərtib edilən inzibati xəta haqqında Elektron Protokol”da “və hüquqi ünvanı” sözləri “, hüquqi və faktiki ünvanları” sözləri ilə əvəz edilsin.

2. Həmin Qərarla təsdiq edilmiş 3 nömrəli əlavə – “Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edil­məsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydala­rın pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında Elektron Qərar”a “fərdi identifikasiya nömrəsi” sözlərindən sonra “(əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin müvəqqəti, yaxud daimi yaşa­maq üçün icazə vəsiqələrinin, habelə qaçqın vəsiqəsinin seriyası və nömrəsi), yaşayış yeri və olduğu yer, işlədiyi halda iş yeri, sahibkarlıq fəaliyyəti ilə məşğul ol­duqda VÖEN-i” sözləri əlavə edilsin.

3. Həmin Qərarla təsdiq edilmiş 3-1 nömrəli əlavə – “Əmək, məşğulluq, əmək pensiyaları, sosial müavinətlər və icbari sığorta sahələrində qanunvericiliyin po­zulması ilə əlaqədar çıxarılan inzibati tənbeh vermə haqqında Elektron Qərar”­da “və yaşadığı ünvan” sözləri “(əcnə­bilərin və ya vətəndaşlığı olmayan şəxs­lərin müvəqqəti, yaxud daimi yaşamaq üçün icazə vəsiqələrinin, habelə qaçqın vəsiqəsinin seriyası və nömrəsi), yaşa­yış yeri və olduğu yer, doğum tarixi, fiziki şəxs işlədiyi halda iş yeri, sahibkarlıq fəa­liyyəti ilə məşğul olduqda VÖEN-i” sözləri ilə əvəz edilsin.

4. Həmin Qərarla təsdiq edilmiş 4 nömrəli əlavə – “İnzibati tənbeh vermə haqqında Qərar”a “vətəndaşın fərdi iden­tifikasiya nömrəsi” sözlərindən sonra “(əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin müvəqqəti, yaxud daimi yaşa­maq üçün icazə vəsiqələrinin, habelə qaçqın vəsiqəsinin seriyası və nömrəsi), yaşayış yeri və olduğu yer, fiziki şəxs işlədiyi halda iş yeri, sahibkarlıq fəaliy­yəti ilə məşğul olduqda VÖEN-i” sözləri əlavə edilsin.

5. Həmin Qərarla təsdiq edilmiş 5 nömrəli əlavə – “İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında Qərar”a “vətəndaşın fərdi identifikasiya nömrə­si” sözlərindən sonra “(əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin mü­vəqqəti, yaxud daimi yaşamaq üçün icazə vəsiqələrinin, habelə qaçqın və­siqəsinin seriyası və nömrəsi), yaşayış yeri və olduğu yer, fiziki şəxs işlədiyi hal­da iş yeri, sahibkarlıq fəaliyyəti ilə məşğul olduqda VÖEN-i” sözləri əlavə edilsin.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları