Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 428 Bakı şəhəri, 28 noyabr 2023-cü il

Azərbaycan Respublikası Nazir­lər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasın­da notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”da dəyi­şiklik edilməsi barədə

Azərbaycan Respublikası Konstitu­siyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Pro­sessual Məcəlləsində, “Notariat haqqın­da”, “Bələdiyyə mülkiyyətinə əmlakın verilməsi haqqında” və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 2 may tarixli 867-VIQD nömrəli Qanu­nunun tətbiqi və “Azərbaycan Respub­likasının Mülki Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bu­nunla bağlı hüquqi tənzimləmə məsələlə­ri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 22 yanvar tarixli 265 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqın­da” Azərbaycan Respublikası Prezidenti­nin 2023-cü il 3 iyun tarixli 2166 nömrəli Fərmanının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respubli­kasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 nömrəli Qərarı (Azərbaycan Res­publikasının Qanunvericilik Toplusu, 2000, № 9, maddə 693; 2001, № 11, maddə 722; 2002, № 3, maddə 148, № 7, maddə 455, № 10, maddə 635; 2003, № 10, maddə 629; 2005, № 4, maddə 386, № 6, maddə 534, № 8, maddə 782, № 10, maddə 977, № 11, maddə 1061, № 12, maddələr 1228, 1231; 2006, № 3, maddə 297, № 8, maddə 731, № 9, mad­də 830, № 10, maddə 902, № 11, maddə 994; 2008, № 2, maddə 108, № 4, mad­də 316, № 8, maddə 787; 2009, № 2, maddə 148, № 10, maddələr 846, 849, № 12, maddə 1079; 2010, № 6, maddə 555; 2011, № 10, maddə 971; 2012, № 3, maddə 263, № 5, maddələr 489, 495, № 7, maddə 777, № 11, maddə 1206, № 12, maddə 1354; 2013, № 4, maddə 444, № 5, maddə 578; 2014, № 1, maddə 76, № 5, maddələr 552, 589, № 6, maddə 746, № 8, maddə 1019, № 12, maddə 1685; 2015, № 12, maddə 1580; 2016, № 3, maddə 611, № 4, maddələr 777, 814, № 6, maddə 1226, № 8, maddə 1449, № 11, maddə 1937; 2017, № 1, maddə 135, № 3, maddə 493, № 6, mad­də 1245, № 7, maddə 1491, № 9, maddə 1721, № 10, maddə 1883, № 12 (II kitab), maddə 2545; 2018, № 2, maddə 347, № 3, maddə 628, № 4, maddə 789, № 5, maddə 1122, № 6, maddələr 1360, 1367, № 9, maddə 1929, № 10, maddə 2166; 2019, № 1, maddə 169, № 3, maddələr 513, 564, № 5, maddələr 938, 967, № 6, maddə 1172, № 7, maddələr 1325, 1338, № 10, maddə 1674; 2020, № 6, maddə 783, № 10, maddələr 1282, 1299, № 12 (V kitab), maddə 1580; 2021, № 3, mad­də 302, № 12, maddə 1509; 2022, № 4, maddə 414; 2023, № 5, maddə 723, № 6, maddə 851, № 8 (II kitab), maddələr 1256, 1273) ilə təsdiq edilmiş “Azərbay­can Respublikasında notariat hərəkətlə­rinin aparılması qaydaları haqqında Təli­mat”da aşağıdakı dəyişikliklər edilsin:

1. 15-ci hissənin üçüncü abzasına “maraqlı şəxs” sözlərindən sonra “(sosial xidmət müəssisəsində yerləşdirilən şəxs­lər istisna olmaqla)” sözləri əlavə edilsin.

2. Aşağıdakı məzmunda 15-2-ci his­sə əlavə edilsin:

“15-2. Sosial xidmət müəssisələ­rinə yerləşdirilən şəxslər notariat ofisinə gəlmədən, əvvəlcədən onların xahişi ilə sosial xidmət müəssisəsinin müdiriy­yəti tərəfindən verilmiş bildiriş (notariat hərəkətlərinin aparılması ilə əlaqədar yazılı və ya elektron müraciət) əsasında notariat hərəkətlərinin aparılması üçün qanunvericiliklə tələb olunan sənədlər, o cümlədən sosial xidmət müəssisələrinə yerləşdirilən şəxsin şəxsiyyətini təsdiq edən sənəd (“Notariat haqqında” Azər­baycan Respublikası Qanununun 36-cı maddəsi nəzərə alınmaqla) notariusa təqdim edilməklə notariat hərəkəti sosial xidmət müəssisəsində aşağıdakı xüsu­siyyətlər nəzərə alınmaqla həyata keçi­rilir:

15-2.1. bildirişdə müraciət edilən no­tariat hərəkətlərinin adı və sayı, xidmətin göstərildiyi yer və başlanma və başa çat­ma vaxtı (gün və saat), müraciət edənin adı, soyadı, atasının adı, şəxsiyyətini təs­diq edən sənədin seriya və nömrəsi və əlaqə vasitələri (mobil və stasionar tele­fon nömrələri) əks edilir; 

15-2.2. sosial xidmət müəssisəsinin müdiriyyəti tərəfindən verilmiş bildiriş no­tariat işində saxlanılır;

15-2.3. sosial xidmət müəssisələrinə yerləşdirilən şəxslər tərəfindən verilən etibarnamələrin rəsmiləşdirilməsinə görə dövlət rüsumu və ya haqq, habelə notari­at hərəkətləri ilə əlaqədar göstərilən xid­mətə görə haqq alınmır;

15-2.4. sosial xidmət müəssisələrinə yerləşdirilən şəxslər barəsində notariat hərəkətləri sosial xidmət müəssisələrinin olduğu inzibati ərazi üzrə notariat ofisinin və ya həmin müəssisənin yerləşdiyi əra­ziyə ən yaxın notariat ofisinin notariusu tərəfindən aparılır;

15-2.5. notarius nəqliyyat xərcləri­nin ödənilməməsinə görə sosial xidmət müəssisələrinə yerləşdirilən şəxslər tərəfindən verilən etibarnamələrin təs­diq edilməsinə dair notariat hərəkətlərini aparmaqdan imtina edə bilməz.”. 

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları