Vergi islahatları iqtisadi yüksəlişə meydan açıb

post-img

10 ayda büdcəyə istehsal sferasından 14 milyard 593,5 milyon manat vəsait köçürülüb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) məlumatında bildirilir ki, son illərdə ölkədə tətbiq edilən vergi güzəştləri və sosial sığorta üzrə fərqli rejim bu sahədə şəffaflaşmanı gerçəkləşdirib. 

Bu istiqamətdə həyata keçirilən isla­hatlar qeyri-neft sektorunun özəl bölmə­sində münasibətlərin şəffaflaşmasına, sa­hibkarların yükünün azaldılmasına, daimi iş yerlərinin və sosial təminatı olan işçi qüvvəsinin yaradılmasına müsbət təsir göstərib. Nəticədə məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta üzrə daxilol­maların artımı nəzərə çarpıb. 

Ölkədə sahibkar-dövlət münasibətlə­rində etimad da getdikcə güclənir. Bu isə vergi öhdəliklərinin könüllü yerinə yetiril­məsində müsbət dinamika ilə müşahidə olunur. Son vaxtlar aparılan inzibatçılıq və qanunvericilik islahatları isə vergi öh­dəliklərinə əməletmənin asanlaşmasını şərtləndirir, eyni zamanda, qeyri-neft sek­toru üzrə büdcəyə vergi daxilolmalarının artım tempi qeyri-neft ÜDM-in artım tem­pini üstələyir.

Ümumiyyətlə, hazırda sosial-iqtisadi sahələrdə həyata keçirilən islahatların məqsədi iqtisadi səmərəliliyin və rifahın təmin olunması prinsiplərinə söykənir. İq­tisadi şəffaflaşma, biznes mühitinin cəlbe­diciliyinin artırılması, “kölgə iqtisadiyyatı”­nın minimallaşdırılması, haqsız rəqabətin aradan qaldırılması, intizamlı biznes üçün mühitin təmin edilməsi vergi siyasətinin əsas istiqamətləridir. 

Məhz bunun nəticəsidir ki, son bir neçə ildə biznes fəaliyyətinin və gəlirlərin leqallaşdırılması kontekstində əhəmiy­yətli nəticələr əldə olunub. Belə ki, əgər 2018-ci ilə, yəni vergi sistemində “yeni keyfiyyət başlanğıcı” adlandırılan dövrün əvvəlinə qayıtsaq, istər vergi sistemində, istərsə də biznes-dövlət münasibətlərində böyük dəyişikliklər qeydə alınıb. 

Yeri gəlmişkən, 2022-ci ildə ilk dəfə dövlət büdcəsinə 15,5 milyard manat həcmində vergi daxilolması təmin edilib. Başqa sözlə, 2002-ci illə müqayisədə ver­gi daxilolmalarında artım 23 dəfəyə yaxın, qeyri-neft-qaz sektorundan isə daxilolma­lar 23,4 dəfəyədək artıb. Regionların so­sial-iqtisadi inkişafının təmin edilməsi nə­ticəsində bölgələrdən daxilolmalar son 20 il ərzində 35,8 dəfə yüksəlib. Vergi daxi­lolmalarının əhəmiyyətli artımı ölkəmizin maliyyə imkanlarının genişlənməsinə mü­hüm dəstək olub.

Son illər ərzində vergi sistemində həyata keçirilən genişmiqyaslı islahatlar nəticəsində sahənin maddi-texniki baza­sı müasirləşdirilib, vergi inzibatçılığı tex­noloji cəhətdən yenidən qurulub, biznes mühiti münbitləşib. Nəticədə vergi daxi­lolmalarının davamlı artımına nail olunub. Məsələn, DVX-nin məlumatına əsasən, 2002-ci ildən indiyədək vergi daxilolmala­rı 23 dəfə artıb. Cari ilin yanvar-sentyabr aylarında isə toplanan vergi daxilolmaları 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 22,6 faiz yüksələrək 12 milyard 810 mil­yon manat təşkil edib.

Azərbaycanda iqtisadiyyatın davamlı və rəqabətqabiliyyətli inkişafı sahəsində uzunmüddətli və sistemli fəaliyyət–müəy­yənləşdirilən hədəfə nail olmaq üçün dövlət tərəfindən dövlət-sahibkar müna­sibətlərinin inkişaf etdirilməsi, biznes və investisiya mühitinin yaxşılaşdırılması, dövlət tənzimləməsinin, o cümlədən in­zibati qayda və prosedurların təkmilləşdi­rilməsi, sahibkarlıq fəaliyyətinə qanunsuz müdaxilələrin və süni maneələrin aradan qaldırılması, beynəlxalq standartlara uy­ğun elektron xidmətlərin göstərilməsi kimi kompleks tədbirlər həyata keçirilir. Bütün bunların nəticəsində qeyri-neft sektoru­nun inkişafında əhəmiyyətli irəliləyişlərə nail olunur.

Son illərdə bütün bu istiqamətlərdə gerçəkləşdirilən təşəbbüslər ölkəmizin biznes və investisiya mühitinin əlverişli­liyini, yerli və xarici investorlar üçün cəl­bediciliyini daha da artırıb, sahibkarlıq sahəsində sürətli inkişafın davamlılığını təmin edib və rəqabət qabiliyyətini möh­kəmləndirib, eyni zamanda, beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyini daha da yaxşılaşdırıb.

Azərbaycanda hazırda “kölgə iqtisa­diyyatı”nın azaldılması məqsədilə vergi qanunvericiliyində dəyişikliklər edilməklə yanaşı, vergi inzibatçılığında da mütə­madi olaraq təkmilləşdirmələr aparılır. Bu, dövlət büdcəsinə vergi daxilolmala­rının təmin edilməsini, vergiödəyicilərinə xidmətlər çeşidinin artırılmasını və özəl bölmədə biznesin fəaliyyətinə səmərəli şəraitin yaradılması şərtləndirir. 

Vergi orqanları tərəfindən ictimai əməkdaşlıq nöqteyi-nəzərindən bir sıra əhəmiyyətli tədbirlər platforması da yara­dılıb. Sahibkarlar, onların ictimai birlikləri, assosiasiyalar və ekspert cəmiyyəti ilə mütəmadi görüşlər çərçivəsində qarşılıq­lı əlaqələr genişləndirilib. Bu görüşlərdə səsləndirilən bir çox rasional təkliflərin reallaşdırılması ilə biznes mühiti daha da təkmilləşdirilib. Bununla da sahibkarlıq fəaliyyətini təşviq edən alətlər artıb, Vergi Məcəlləsində müxtəlif dəyişikliklər edilib və fiskal maraqlar iqtisadi inkişafla uzlaş­dırılıb. 

DVX-nin məlumatına görə, həyata ke­çirilən tədbirlərin nəticəsində 2023-cü ilin yanvar-oktyabr aylarında DVX-nin xətti ilə dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 2022-ci ilin eyni dövrü ilə müqa­yisədə 4,2 faiz artaraq 14 milyard 593,5 milyon manat olub. Bu müddətdə qeyri-neft-qaz sektorundan vergi daxilolmaları ötən ilin müvafiq dövrü ilə müqayisədə 19,2 faiz artaraq 8 milyard 387,4 milyon manat təşkil edib.

İqtisadiyyatın bütün sahələrində döv­lət-özəl sektor tərəfdaşlığının genişləndi­rilməsi və özəl sektorun iqtisadi inkişafda rolunun artırılması sahəsində həyata keçi­rilən tədbirlər, o cümlədən qabaqcıl təcrü­bəyə əsaslanan yeni qanunun qəbul edil­məsi də vergi daxilolmasına mühüm təsir göstərib. Qanunun tətbiqi ilə ölkə iqtisadiy­yatında investisiya fəallığının həm dinami­kası, həm də keyfiyyətində yeni bir səhifə açılıb. Bu gün dövlət-özəl sektor tərəfdaş­lığı çərçivəsində innovativ və prioritet la­yihələrin reallaşdırılmasına başlanılıb. 

Qarşıdakı dövrdə də vergi siyasətinin, ilk növbədə, iqtisadi təşviq, səmərəli nə­zarət, rəqəmsallaşma prinsipləri əsasında həyata keçirilməsi nəzərdə tutulub. Bun­dan başqa, iqtisadiyyatın şaxələndirilməsi və investisiyaların cəlb olunmasında vergi siyasətinin tənzimləyici rolunun davam et­diriləcəyi, “kölgə iqtisadiyyatı” ilə sistemli mübarizənin miqyasının genişləndiriləcə­yi planlaşdırılıb. 

Vaqif BAYRAMOV
XQ

İqtisadiyyat