Qanunsuz saxlanılan silahlar götürülüb

post-img

Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirlər davam etdirilir. Məlumatı DİN mətbuat xidməti yayıb. 

Məlumata görə, noyabrın 16-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2  ədəd avtomat,  1 ədəd tapança,  1 ədəd qumbara, 4  patron darağı,  350 ədəd müxtəlif çaplı patron və 14 ədəd müxtəlif markalı ov tüfəngi təhvil götürüblər.

Keçirilən əməliyyat tədbirləri ilə 15 ov tüfəngi aşkar edilərək götürülüb.

Ucar rayonunda da sursat aşkarlanıb. Nazirliyin mətbuat xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Ucar Rayon Polis Şöbəsinə rayon ərazisində məişət tullantılarının atıldığı ərazidə müxtəlif növ silah-sursat tapılması barədə məlumat daxil olub. Aparılan təxirəsalınmaz tədbirlər nəticəsində qeyd olunan ərazidən 1 ədəd "TOZ-8" markalı silah, 1 ədəd UZRQM partladıcı, 221 ədəd müxtəlif çaplı patron və 23 ədəd müxtəlif növ döyüş sursatının hissələri aşkarlanıb. 

RPŞ-nin əməkdaşları tərəfindən qanunsuz olaraq saxlanılan odlu silahların aşkarlanaraq götürülməsi istiqamətində keçirilən profilaktiki-nəzarət tədbirləri zamanı isə rayonun Alpout, Qaradağlı və Şahlıq kənd sakinindən ümumilikdə dörd ədəd müvafiq sənədləri olmayan ov tüfəngləri aşkarlanaraq götürülüb.

Faktlarla bağlı Ucar RPŞ-də araşdırmalar aparılır.

Balakən və Qəbələdə vətəndaşlardan qanunsuz saxladıqları odlu silahlar götürülüb, Ağdaşda isə mülki silahın saxlanılması qaydalarını pozanlar müəyyən olunub

Balakən, Qəbələ və Ağdaşda da polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilərək götürülməsi, mülki silahın saxlanılması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə profilaktiki tədbirlər keçirilib. 

DİN mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Balakəndə rayon sakinindən müvafiq sənədləri olmayan ov tüfəngi götürülüb. Mahamalar kəndi ərazisindən bir ədəd tüfəng tapılıb. Qəbələ RPŞ əməkdaşları oktyabr-noyabr aylarında vətəndaşlardan sənədləri olmadan saxladıqları ümumilikdə 9 ədəd müxtəlif markalı tüfənglər aşkarlayıblar. Ağdaş RPŞ əməkdaşları isə mülki silahın saxlanılması qaydalarını pozan iki nəfər rayon sakini müəyyən ediblər. Həmin şəxslər barəsində qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.

P.ƏMİRCANOV

XQ

Son xəbərlər