Salyanda silah-sursat aşkarlanıb

post-img

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun Kürkənd kəndi ərazisində, Kür çayının sahilindən 2 ədəd "İJ" markalı ov tüfəngi aşkarlanaraq götürülüb.

Faktla bağlı RPŞ-nin təhqiqat bölməsində araşdırmalar aparılır.

XQ

Son xəbərlər