Oğurluqda şübhəli bilinən şəxslər saxlanılıb

post-img

Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbir nəticəsində noyabrın 5-nə keçən gecə Novxanı kəndi ərazisində yerləşən bir yardımçı təsərrüfatdan 5 baş qoyun oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb.

Bu barədə XQ-yə DİN-in Mətbuat xidmətindən məlumat verilib. 

Bildirilib ki, saxlanılanlar əvvəllər məhkum olunmuş Laçın rayon sakini Bəhlul Allahverdiyev və Bakı şəhər sakini Etibar İsmayılovdur.

Faktla bağlı araşdırma aparılır.

 

Rizvan FİKRƏTOĞLU

XQ

Son xəbərlər