AFFA "Sumqayıt"ın baş məşqçisini cəzalandırıb

post-img

AFFA İntizam Komitəsi "Sumqayıt"ın baş məşqçisi Samir Abasovu cəzalandırıb. XQ AFFA-ya istinadən bildirir ki, buna 45 yaşlı mütəxəssisin Premyer Liqanın XIII turunun oyunu başa çatdıqdan sonra etdiyi qeyri-idman hərəkəti səbəb olub.

Mənbə qeyd edir ki, Abasov buna görə 1 oyunluq cəza alıb. Həmçinin, o, sentyabrın 19-na təyin edilən 3 aylıq sınaq müddəti başa çatmamış növbəti dəfə qırmızı vərəqə aldığına görə həmin tarixdə verilən 2 oyunluq şərti cəza üzərinə əlavə edilməklə ümumilikdə 3 matçlıq cəzaya məruz qalıb. "Gənclik şəhəri" təmsilçisi isə 1000 manat cərimələnib.

Qeyd edək ki, "Neftçi" həmin qarşılaşma bitdikdən sonra meydana kənar şəxslərin daxil olmasına görə 800 manat ödəyəcək.

Hər iki kollektiv 4 oyunçusu sarı vərəqə aldığı üçün 700 manat ziyana düşüb.

 

Elçin ABBASOV

XQ

İdman