Sumqayıtda noutbuk və mobil telefon oğurlanıb

post-img

Nəsimi RPİ 19-cu şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oktyabrın 29-na keçən gecə rayon ərazisindəki mağazaların birindən 4 ədəd noutbuk, digər mağazadan isə oradakı işçinin 1300 manat dəyərində mobil telefonunu oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini Vüsal Hacıbəyov və Ucar rayon sakini Fəqan Allahverdiyev müəyyən olunaraq saxlanılıblar. 

Məlumatı DİN-in mətbuat xidməti verib. 

Faktlarla bağlı araşdırma aparılır.

Anar ƏLİ,

XQ

Son xəbərlər