Ov tüfəngi ilə ehtiyatsız davranma nəticəsində xəsarət alıb

post-img

DİN mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, noyabrın 4-də gecə saatlarında Oğuz rayon sakini, 2001-ci il təvəllüdlü Elgün Xəlilzadənin odlu silahdan açılan atəş nəticəsində xəsarət alması barədə polisə məlumat daxil olub. 

İlkin araşdırma zamanı həmin şəxsin ov tüfəngi ilə ehtiyatsız davranması nəticəsində xəsarət aldığı müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

XQ

Son xəbərlər