Qərb Ukrayna və Rusiyanın danışıqlara başlamasını müzakirə edir

post-img

ABŞ və Avropa ölkələrinin rəsmiləri Ukrayna ilə Rusiya arasında danışıqların mümkünlüyü, o cümlədən Kiyevin münaqişəni sona çatdırmaq üçün razılıq verməli olduğu güzəştləri müzakirə etməyə başlayıblar. Bu barədə NBC vəziyyətlə tanış olan yüksək rütbəli Amerika rəsmilərinə istinadən xəbər verir.

“Rəsmilərin fikrincə, söhbətlər Ukraynanın razılığa gəlmək üçün nədən imtina etməli ola biləcəyinin çox ümumi konturlarına aid olub”, - hesabatda deyilir.

“Rəsmilərin həssas adlandırdığı” danışıqların bir hissəsi ötən ay Ukrayna üzrə Təmas Qrupunun görüşü zamanı baş tutub.

Mənbələr qeyd ediblər ki, danışıqlar “ABŞ və Avropa rəsmiləri arasında müharibənin dalana dirənməsi ilə bağlı narahatlıqlar və Ukraynaya yardımı davam etdirmək imkanlarına dair şübhələr fonunda başlayıb”.

Bayden administrasiyasının rəsmiləri “Ukraynanın gücü tükənir” deyə narahatdırlar. Bundan əlavə, Ukrayna Prezident Zelenski də hərbi xidmətə çağırışla bağlı problemlərlə üzləşib.

P.ƏMİRCANOV

XQ

Dünya