Paytaxt sakini atasından qalmış ov tüfəngini könüllü polisə təhvil verib

post-img

Vətəndaşlarda olan döyüş silahlarının könüllülük əsasında təhvil verilməsi üçün əhali arasında aparılan profilaktik tədbirlər davam etdirilir.

Xətai RPİ-nin 35-ci bölməsinə müraciət edən paytaxt sakini 1986-cı ildə dünyasını dəyişən atasından qalan və bu günə kimi saxladığı 1 ədəd təklüləli ov tüfəngini könüllü polisə təhvil verib. 

Bundan başqa, Xətai rayon sakini olan daha bir nəfər polisə məlumat verərək aşkar etdiyi 3 ədəd əl qumbarası, 3 ədəd alışqan, 1 ədəd patron darağı və 82 ədəd müxtəlif növ odlu silaha aid partonları polisə təhvil verib. 

Məlumat verən vətəndaşlara qarşı heç bir cəza tədbiri görülməyib. Polisə vaxtında məlumat verdiyi üçün onlara təşəkkür edilib.

 

P.ƏMİRCANOV

XQ



Son xəbərlər