Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Gürcüstanın Qardabani rayonunun azərbaycanlıların yaşadığı Birlik kəndində ağır yol-nəqliyyat hadisəsi baş verib.
XQ xəbər verir ki, yüksək sürətlə hərəkət edən BMW markalı avtomobil idarəetmədən çıxaraq ağaca çırpılıb.
Qəza nəticəsində avtomobildə olan altı nəfər həyatını itirib. Onlardan üçü, ikisi qardaş olmaqla Birlik kəndinin sakinləri, digərləri isə Saqareco bölgəsindən olublar.
Yerli medianın məlumatına görə, hadisə zamanı yaralanan şəxslərdən biri xəstəxanada vəfat edib.
Gürcüstanın Daxili İşlər Nazirliyi faktla bağlı araşdırmalara başlayıb.

