Baş nazir qazaxıstanlı həmkarına başsağlığı verib

post-img

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov oktyabrın 28-də Qazaxıstanın Baş naziri Alixan Smailova başsağlığı məktubu göndərib. 

Nazirlər Kabinetinin mətbuat xidmə­tindən verilən məlumata görə, Ə.Əsə­dov Karaqandada şaxtada baş verən qəza nəticəsində çoxsaylı insan tələfatı xəbərini kədər hissi ilə qəbul etdiyini bildirib. 

Məktubda Qazaxıstanın Baş nazi­rinə, eləcə də həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı ifadə edilir.

Son xəbərlər