Milli Məclis Sədrinin qazaxıstanlı həmkarlarına başsağlığı

post-img

Milli Məclisin Sədri Sahibə Qafarova Qazaxıstanın Karaqanda vilayətindəki şaxtada baş vermiş faciə ilə əlaqədar bu ölkə Parlamenti Senatının Sədri Maulen Aşimbayevə və Parlament Məclisinin sədri Yerlan Koşanova başsağlığı məktubları ünvanlayıb.

Parlamentin Mətbuat və ictimaiy­yətlə əlaqələr şöbəsindən bildiriblər ki, Milli Məclisin Sədri şəxsən öz adından və deputatlar adından hər iki spikerə, həlak olanların ailələrinə və yaxınla­rına, bütün Qazaxıstan xalqına dərin hüznlə başsağlığı verərək yaralılara şəfa diləyib.

Son xəbərlər