Dayanacaqdakı qadın faciəvi şəkildə ölüb

post-img

Hadisə Abşeron rayonunun Mehdiabad-Pirşağı yolunda baş verib.

Belə ki, Rasim Məmmədovun idarə etdiyi “Mercedes” markalı betonqarışdıran yük avtomobili sağdan yola çıxan Rəşad Qurbanlının sürdüyü “BMW” markalı avtomobilə çırpılıb. Nəticədə yük avtomobili aşaraq sürüşməyə başlayıb.

Nəticədə avtobus dayanacağına çırpılıb. Dayanacaq uçaraq orada avtobus gözləyən 1970-ci il təvəllüdlü Sevda Balaca qızı Məmmədovanın üzərinə düşüb. 53 yaşlı qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktıla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

XQ

Son xəbərlər