Bakıda ağac qırılaraq paytaxt sakinin üzərinə düşüb

post-img

Hadisə Nərimanov rayonu, Təbriz küçəsi 94 ünvanında qeyd alınıb. Güclü külək zamanı ağacın budağı qırılaraq gənc oğlanın üzərinə düşüb.

Nəticədə 1992-ci il təvəllüdlü Şüyüflü Araz Teyfuq oğlu ağır bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıb.

Həkimlərin verdiyi məlumata görə, T.Şüyüflü almacıq və topuq sümüyünün sınığı, o cümlədən qapalı kəllə-beyin travması ilə reanimasiya şöbəsinə yerləşdirilib. O, komatoz vəziyyətindədir.

Faktla bağlı araşdırma aparılır./APA

Hadisə