Meksika səfiri Lənkəranda

post-img

Meksika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri xanım Mariya Viktoriya Romero Kabalyero Lənkərana səfər edib. 

Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov meksikalı diplomatla görüşüb. İcra başçısı xarici diplomata Lənkəran rayonunun coğrafi mövqeyi, təbiəti, flora və faunası, ta­rixi, mədəniyyəti, turizm potensialı və sosial-iqtisadi inkişafı barədə geniş və əhatəli məlumat verib. Taleh Qaraşov Azərbaycanla Meksika arasındakı mü­nasibətlər barədə bildirib ki, ölkələrimiz arasında coğrafi məsafənin uzaq olma­asına baxmayaraq, əməkdaşlıq üçün geniş imkanlar mövcuddur və ölkələrimiz dövlət başçısı cənab İlham Əliyevin yü­rütdüyü məqsədyönlü siyasət nəticəsin­də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlıq edir.

İcra başçısı ölkələrimiz arasındakı əlaqələrin bölgələr və şəhərlər arasında inkişaf etdirilməsinin önəmi barədə də danışıb. Taleh Qaraşov qarşılıqlı turiz­min inkişafının, elm və təhsil sahəsində tələbə mübadiləsinin və mədəni tədbirlə­rin həyata keçirilməsinin bu istiqamətdə əlaqələrin daha da möhkəmlənməsinə xidmət edəcəyini vurğulayıb.

Xanım səfir ölkələrimiz arasındakı diplomatik münasibətlərin daha da in­kişaf etidilməsində maraqlı olduqlarını qeyd edib. Onun sözlərinə görə, hər iki ölkə rəhbərliyinin bu istiqamətdəki iradə­si eynidir və əməkdaşlıq üçün çoxlu im­kanlar mövcuddur, enerji, investisiyalar, elm, təhsil sahələrində geniş potensial var. Meksikalı diplomat ölkələrimiz ara­sında mövcud olan müqavilələr çərçivə­sində, xüsusilə, elm və təhsil sahəsində bu imkanlardan istifadə olunmasının mümkünlüyündən danışıb.

Daha sonra meksikalı xanım diplo­mat səfər çərçivəsində Lənkəran Dövlət Universitetində (LDU) “Meksika memar­lığının şah əsərləri” adlı fotosərgidə işti­rak edib, “Yaşıl çay” FT-nin çay planta­siyası və “Azərxalça” ASC-nin Lənkəran filialı ilə tanış oub.

XQ

Son xəbərlər