Ukraynalı uşaqlar İsmayıllının qonağıdır

post-img

Dövlət-Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin təşkilatçılı­ğı ilə ölkəmizə gətirilərək reabilitasiya tədbirlərinə cəlb edilən 30 ukraynalı uşağın İsmayıllı rayonuna da ekskur­siyası təşkil edilib.

Uşaqlar rayonun Basqal qəsəbəsin­dəki tarixi irsimizlə tanış olub, öz kolo­ritini qoruyub saxlayan qədim məkanı gəziblər. Bundan əvvəl isə onlar Qəbələ Arxeoloji Mərkəzində olublar və orada uşaqlara Azərbaycanın tarixi barədə əya­ni eksponatlar vasitəsilə məlumat verilib. 

Agentliyin Qəbələ Uşaq Reabilitasiya Mərkəzində yerləşdirilən uşaqların emo­sional vəziyyətlərinin stabilləşməsinə, eləcə də cəmiyyətə inteqrasiyalarının təmin edilməsinə dəstək göstərilir. Onlar müalicəvi masaj, hovuz və vanna, art-te­rapiya, əmək terapiyası, peşəkar psixo­loqlar tərəfindən keçirilən fərdi və qrup terapiyalarında iştirak edirlər.

Ukraynalı uşaqlar Şamaxıya da səfər edəcəklər.

Zərifə HÜSEYNOVA
XQ

Sosial həyat