Naxçıvanda “İşsizin dostu” çoxalır

post-img

DOST İş Mərkəzi tərəfindən Nax­çıvan Muxtar Respublikasında daha 500 nəfərin “İşsizin dostu” proqramı­na cəlb edilməsinə başlanıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirli­yindən verilən xəbərə görə, onlardan artıq 100 nəfəri proqram çərçivəsində ödənişli ictimai işlərlə təmin ediliblər. Qalan 400 nəfərin də proqram çərçivə­sində məşğulluğunun təminatı üçün işlər aparılır. 

Bundan əvvəl də DOST İş Mərkəzi Naxçıvan MR-də ilk layihəsi olaraq 500 şəxsi işlə təmin edib və hazırda region­da 600 nəfər proqramı üzrə müxtəlif iş­lərdə çalışır. Bununla da, Naxçıvan MR-də həmin proqrama cəlb edilənlərin sayı 1000-ə çatacaq. Ödənişli ictimai işlərə cəlb edilən hər bir şəxslə əmək müqavilə­si bağlanır ki, həmin şəxslərin gələcək pensiya hüquqları təmin ediləcək. 

Zərifə HÜSEYNOVA
XQ

Sosial həyat