Qusarda məşğulluğa dəstək

post-img

Əmək və Əhalinin Sosial Müda­fiə Nazirliyi Dünya Bankının maliyyə dəstəyi ilə icra olunan “Məşğulluğa Dəstək Layihəsi” ilə bağlı Qusar rayo­nunda növbəti ictimai dinləmə təşkil edib. Görüşün məqsədi layihə barədə məlumatlılığı artırmaq və nəzərdə tu­tulmuş hədəf kateqoriyalarını layihəyə cəlb etmək olub. 

İşaxtaran və işsizlərin iştirak etdiyi görüşdə layihənin hədəf və məqsədlə­ri, əhatə dairəsi, layihənin icrası zama­nı ətraf mühit və sosial məsələlərə dair tələblər diqqətə çatdırılıb. Proqramın gözlənilən faydaları, eləcə də müraciət və iştirak qaydalarına dair ətraflı məlumat verilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Tədbirin sonunda işti­rakçılara layihə və təqdim edilən biznes zərflər barədə məlumatların əks olundu­ğu çap materialları paylanıb.

Zərifə HÜSEYNOVA
XQ

Sosial həyat