DSMF sərbəst vəsaiti investisiyaya yönəldir

post-img

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sərbəst vəsaitinin investisiya­ya yönəldilməsi məqsədilə nazirlikdə yaradılmış İnvestisiya Şurasının növ­bəti iclası olub. Qeyd edək ki, şuranın tərkibinə Əmək və Əhalinin Sosial Mü­dafiəsi Nazirliyi və tabeliyindəki Döv­lət Sosial Müdafiə Fondu, İqtisadiy­yat və Maliyyə nazirlikləri, həmçinin Dövlət Neft Fondunun nümayəndələri daxildir.

İclasda şuranın sədri, Əmək və əha­linin sosial müdafiəsi naziri Sahil Baba­yev Prezident İlham Əliyevin tapşırıqları əsasında son illər aparılan ardıcıl sosial islahatların DSMF-ni də əhatə etdiyini bildirib. Fondun fəaliyyətində optimal və mərkəzləşmiş iş mexanizmlərinin, inno­vativ həllərin tətbiqi işləri, sosial sığorta daxilolmalarında artımlar qeyd edilib. 

Dövlət başçısının bu ilin aprel ayında imzaladığı qanunvericilik aktları ilə DS­MF-nin sərbəst vəsaitinin, yəni, fondun büdcəsinin icrasının yarımillik və illik nə­ticələrinə görə gəlir və xərclər arasında müəyyən edilən müsbət qalığın investisi­yaya yönəldilməsinin önəmi vurğulanıb. Bu addımın fondun sərbəst vəsaitlərinin səmərəli idarəetmə yolu ilə dəyərinin qorunmasında əhəmiyyəti, həmin inves­tisiya gəlirlərindən şəhid ailələri və mü­haribə əlillərinin sosial müdafiəsində, iş­ğaldan azad edilmiş ərazilərimizdə sosial infrastrukturun yaradılması xərclərində də istifadə edilməsinin nəzərdə tutulduğu diqqətə çatdırılıb.

İclasda ötən dövrdə sərbəst vəsai­tin maliyyə alətlərinə uğurla investisiya edildiyi qeyd olunub. Bu sahədə görülən işlər və investisiya fəaliyyətinin davam etdirilməsi istiqamətində qarşıda duran vəzifələr müzakirə olunub.

Zərifə HÜSEYNOVA
XQ

Sosial həyat