Turan sevdasından doğulmuş Turan Cavid

post-img

Bu il Turan Cavidin anadan olmasının 100 illik yubileyi qeyd olunur. Bu münasibətilə Milli Kitabxanada “Turan Cavid” adlı virtual sərgi hazırlanıb. Kitabxanadan bildirilib ki, virtual sərgidə fotolar, Turan Cavid haqqında məqalələr, kitablar, tərtib etdiyi kitablar nümayiş olunur. 

Qeyd edək ki, Turan Cavid 1923-cü il oktyabrın 2-də dahi Azərbaycan şairi və mütəfəkkiri Hüseyn Cavidin ailəsin­də dünyaya gəlib. O, 1991-ci ildən öm­rünün sonunadək Hüseyn Cavidin Bakı­dakı ev-muzeyinin direktoru olub. 

Turan Cavid ədibin ev-muzeyinin qurucusu, əsərlərinin naşiri kimi öz öv­ladlıq borcunu layiqincə yerinə yetirib. O, Cavidin Azərbaycan ədəbiyyatını zənginləşdirən ölməz əsərlərinin son mükəmməl nəşrini hazırlayaraq, Ca­vidə, onun ailəsinə məxsus əşyaları, sənədləri illərin sınağından çıxarıb, ev-muzeyinə təhvil verməklə Azərbay­can xalqına qiymətli miras qoyub. 

Turan xanım Hüseyn Cavidin 120 il­lik yubileyi ərəfəsində onun əsərlərinin öz qələmindən çıxan kimi, onun üslu­bunda latın qrafikası ilə nəşr edilməsi üçün böyük zəhmət çəkib. 

Turan Cavid 2004-cü il sentyabrın 12-də vəfat edib və Naxçıvanda cavid­lərin uyuduğu məqbərədə dəfn olunub. 

XQ

Son xəbərlər