Van Damın azərbaycanlı gəlini

post-img

Hollivud ulduzu Jan Klod Van Damın oğlu Kristofer Van Damla ailə quran azərbaycanlı pianoçu Suada Hacızadə qayınanası Qledis Portiqeslə bağlı paylaşım edib. 

Suada qayınanası ilə foto­sunu sosial media hesabında paylaşaraq onu doğum günü münasibəti ilə təbrik edib: “Heç vaxt təslim olmayan, sev­gi dolu gözəl ürəyə sahib, nə olursa-olsun, həmişə uşaqla­rının, ailəsinin yanında olan gözəl və güclü qadın, ad gü­nünüz mübarək. Həyat çoxlu enişli-yoxuşlu, yaxşı və pis günlərlə dolu bir bağlama ilə gəlir. Lakin o, həmişə həmin günlərin keçməsini, günəş işı­ğını içəridə saxlamağı, davam etməyi və irəli getməyi seçir. Bu, onda sevdiyimiz cəhətdir. İçindəki güc, cəsarət və sevgi. O, həyatı boyu bir çox qadına ilham verib və hələ də buna davam edərək onlara kömək olur.... 

Qoy, həyatınız sakit yay günündə sevdiyiniz okean kimi olsun – hamar, sakit, günəşin əksində parıldayan, sizin kimi gözəl. Biz səni sevirik”. 

XQ

Dünya