Alimlər Namib səhrasında 50 il əvvəl yoxa çıxdığı güman edilən xalqı aşkar ediblər. Bu barədə “SciTechDaily” məlumat yayıb.
Antropoloqlar hesab edirdilər ki, bölgədə danışılan dillər yox olduqdan sonra xalq yoxa çıxıb. Bununla belə, ekspertlər aydınlaşdırıblar ki, bu qrup ana dili yox olanda öz genetik kimliyini qoruyub saxlayıb.
Tədqiqatçı Anna-Mariya Fehn bildirib ki, Afrikanın cənubundakı Namib səhrasında yaşayan qruplardan biri olan Kvepelər Kvadi dilində danışıblar: “Kvadi, Cənubi Afrikada ovçular və çobanlar tərəfindən danışılan Ho dilləri ilə bir çox oxşarlığı olan dil idi. Mütəxəssislər DNT araşdırmasından istifadə edərək Kvadi dilində danışan insanların nəslini tapıblar”.
Tədqiqatçı Mark Stoneking isə vurğulayb ki, Kalahari səhrasının ovçuları ilk olaraq bütün digər insanlardan ayrılan əcdadların nəslindəndir. Onun sözlərinə görə, Kvadi xalqı Bantu dillərində yalnız bu yaxınlarda danışmağa başlayıblar.
P.ƏFƏNDİ
XQ