İran məhkəməsi Azərbaycanın Tehrandakı səfirliyində terror aktı törətməkdə təqsirli bilinən ölkə vətəndaşı Yasin Hüseynzadəyə ölüm hökmü çıxarıb.
“Caliber” xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Televiziyası (AzTV) məlumat yayıb.
Xatırladaq ki, Y.Hüseynzadə 2023-cü il yanvarın 27-də avtomatla silahlanaraq Azərbaycanın Tehrandakı səfirliyinə hücum etməklə mühafizə xidmətinin rəisi Orxan Əsgərovu öldürüb, iki nəfəri yaralamışdı.
Qeyd olunub ki, edamın nə vaxt icra ediləcəyi məlum deyil.
Rizvan FİKRƏTOĞLU
XQ