BMT: “Qarabağı tərk edənlərlə pis rəftar qeydə alınmayıb”

post-img

"Birləşmiş Millətlər Təşkilatı (BMT) Azərbaycanın Qarabağ bölgəsini öz istəkləri ilə tərk edərək Ermənistana köçən erməni sakinlərə qarşı pis rəftarla bağlı heç bir fakt qeydə almayıb".

“Anadolu” agentliyi xəbər verir ki, bunu BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ermənistandakı nü­mayəndəsi Kavita Belani BMT-nin Ce­nevrə ofisinin həftəlik mətbuat konfran­sında onlayn çıxışı zamanı bildirib.

“Bilirəm ki, indiyədək heç bir insi­dent, pis rəftar halları ilə bağlı heç bir fakt yoxdur. Bu, uzun yoldur, tıxaclar insanlar üçün çətinlik yaradır. Lakin azərbaycanlılar tərəfindən pis rəftar halları qeydə alınmayıb”, – o deyib.

BMT nümayəndəsinin sözlərinə görə, bir həftədən az müddətdə 88,7 mindən çox insan Qarabağı tərk edərək Ermənistana gedib.

XQ

Son xəbərlər