Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) təşkilatçılığı ilə sentyabrın 30-da paytaxtda payız mövsümünün gəlişi, təmizlik və abadlıqla bağlı növbəti daxili iməcilik keçirilib.
Səhər saatlarından etibarən BŞİH-nin kommunal təsərrüfat xidmətlərinin texnikası tərəfindən şəhərin 547 əsas küçə və prospektlərin, həmçinin qəsəbələrdəki yolların təbiətə ziyanı olmayan vasitələrlə yuyulması təmin edilib, eyni zamanda, digər təmizlik və abadlıq işləri həyata keçirilib.
XQ