Sumqayıt şəhər Corat qəsəbəsi daxilində yerləşən çimərlikdə sahilyanı təmizlik aksiyası keçirilib, 3 hektardan artıq sahil zolağı plastik və digər tullantılardan təmizlənib.
Aksiya Beynəlxalq Dəniz Günü ilə əlaqədar ölkəmizdə qeyd edilən “Xəzər həftəsi” çərçivəsində IDEA İctimai Birliyi və Bakı Dövlət Universitetinin “Ekologiya və torpaqşünaslıq” fakültəsinin birgə təşkilatçılığı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “Təmiz Şəhər” ASC-nin dəstəyi ilə təşkil olunub.
Tədbirin keçirilməsində məqsəd sahilyanı ərazilərin məişət tullantıları ilə çirklənməsinin qarşısını almaq, Xəzər dənizinin və sahil zonasının ekoloji vəziyyətinin yaxşılaşdırılmasında ictimaiyyətin rolunu artırmaqdır.
“Xəzər həftəsi” çərçivəsində keçirilən təmizlik aksiyası dənizin ekoloji cəhətdən saflığının qorunmasına, onun sərvətlərinin mühafizə olunmasına, eyni zamanda, ictimaiyyətin maarifləndirilməsinə xidmət edir. IDEA İctimai Birliyi hər kəsi Xəzər dənizinin sahillərini çirklənmədən qorumağa və onun sərvətlərinin mühafizə olunmasında birlikdə olmağa çağırır.
XQ