Ukraynadakı müharibədən əziyyət çəkən daha bir qrup ukraynalı uşaq Azərbaycana yola salınıb.
Yolasalma mərasimində Ukrayna Ali Radası sədrinin müavini Olena Kondratyuk, Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev və digər şəxslər iştirak ediblər.
O.Kondratyuk bildirib ki, valideynləri hazırda cəbhədə olan uşaqlar iki həftə ərzində “Qəbələ” tibb-sağlamlıq mərkəzində tibbi reabilitasiya kursu keçəcəklər.
Vitse-spiker vurğulayıb ki, 29 ukraynalı uşağın Azərbaycanda qalması ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məşğul olur.
Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev uşaqlara yaxşı istirahət, sağalma və yeni təəssüratlarla evə qayıtmalarını arzulayıb.
XQ