Elmar Məmmədov 31 ildən sonra dəfn olunub

post-img

Otuz bir il əvvəl Birinci Qarabağ müharibəsi zamanı Daşaltı uğrunda gedən döyüşlər zamanı itkin düşən şəhid Məmmədov Elmar İnqilab oğlu ilə sentyabrın 30-da Şamaxının Cümə məscidində vida mərasimi keçirilib.

Mərasimdə şəhidin ailə üzvləri, yaxınları ilə yanaşı, hökumət və ictima­iyyət nümayəndələri, rayon sakinləri, qazilər, şəhid ailələri, media nümayən­dələri iştirak ediblər.

Vida mərasimindən sonra şəhid Elmar Məmmədovun nəşinin qalıqları rayonun Şəhidlər xiyabanında torpağa tapşırılıb. Şəhidin nəşinin büküldüyü üçrəngli Azərbaycan Bayrağı oğluna təqdim olunub.

Qeyd edək ki, Elmar Məmmədov 1967-ci il mayın 25-də Bakıda dünya­ya gəlib. O, Azərbaycan Dövlət Uni­versitetinin tarix fakültəsini bitirib və cəbhəyə yollanıb. Qəhrəman döyüşçü silahdaşları ilə birlikdə Tərtər, Goran­boy, Quşçular və Malıbəyli uğrunda döyüşlərdə düşmənə ağır zərbələr en­dirib. Onun sonuncu döyüşü 1992-ci il yanvarın 26-da Daşaltı kəndində olub.

XQ

Son xəbərlər