Bakı Limanı üçüncü dəfə “Eco Ports” sertifikatına layiq görülüb

post-img

Logistik mərkəz ekoloji standartlara yüksək səviyyədə əməl edir

Regionda ilk dəfə olaraq hələ 2019-cu ildə “Eco Ports” sertifikatına layiq görülən Bakı Limanı resertifikasiya mərhələsindən növbəti dəfə uğurla keçib.

Limandan verilən məlumata görə, Avropa Dəniz Limanları Təşkilatının (European Sea Ports Organization – ESPO ) Liman Ətraf Mühitin Təhlili Sis­temi (PERS) – “EcoPorts” sertifikatını ardıcıl olaraq üçüncü dəfə Bakı Limanı­na təqdim edib.

Qeyd edək ki, Bakı Limanı Ətraf Mü­hitin Təhlili Sistemi (Port Environment Review System – PERS) – ətraf mühitin mühafizəsi ilə bağlı məlumatlılığı artıran və limanların dayanıqlı inkişaf məqsəd­lərinə çatmasına kömək edən Avropanın liman sektoruna aid ətraf mühitin idarə edilməsi standartıdır. Bu standart enerji istifadəsi, tullantıların idarə olunması, havanın keyfiyyəti, rəqəmsallaşma və avtomatlaşdırma aspektlərində qabaq­cıl texnologiyaların tətbiqini təşviq edir. 

Avropada hazırda bu statusa cəmi 32 liman layiq görülüb ki, bunların için­də Roterdam, Barselona və London limanları da var. Avropanın qabaqcıl limanları ilə yanaşı, Bakı Limanının da bu siyahıda yer alması həm region, həm də ölkəmiz üçün uğurdur. Bakı Limanı üçün ekologiyanın qorunması və inkişaf etdirilməsi əsas prioritetlərdəndir və bu istiqamətdə yerli və beynəlxalq təşkilat­larla yanaşı, ekspertlərlə də mütəmadi olaraq iş aparılır.

XQ

Son xəbərlər