Kənddə yeni tipli özəl fəaliyyət genişlənir

post-img

Bu il 23 aqropark dövlət qeydiyyatına alınıb

İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin məlumatına görə, cari ilin 9 ayında respublikada 21 özəl və 2 dövlət aqroparkı olmaqla, ümumilikdə, 23 aqropark qeydiyyata alınıb və 59 sahibkarlıq subyektinə rezidentlik verilib.

Agentlik bildirir ki, aqroparkların fəa­liyyətində dəyər zəncirinin formalaşdırıl­ması, effektivliliyin artırılması, həmçinin hüquqi çərçivənin müəyyənləşdirilməsi məqsədilə ölkə Prezidentinin 21 dekabr 2021-ci il tarixli fərmanı ilə “Aqroparklar haqqında Nümunəvi Əsasnamə” yə uy­ğun olaraq həmin təsərrüfatların rəsmi qeydiyyata alınması prosesinə başlanı­lıb. 

Xatırladaq ki, texnologiyalar parkı­nın rezidenti statusu hüququ əldə edən sistem inteqrasiyası, proqram təminatı­nın hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən şəxslərdə bu fəaliyyətin məqsədləri üçün çalışan bü­tün muzdlu işçilərə ödənilən əməkhaq­larından gəlir vergisi və məcburi dövlət sosial sığorta haqları güzəştli dərəcələr­lə hesablanıb ödənilir.

XQ

İqtisadiyyat