Baş nazir Əli Əsədov Düşənbədə işgüzar səfərdə

post-img

Düşənbəyə işgüzar səfəri çərçivəsində Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov sentyabrın 29-da Rusiya Federasiyası Hökuməti sədrinin müavini Marat Xusnullinlə görüşüb. 

Görüşdə Azərbaycan-Rusiya strate­ji tərəfdaşlığının yüksək səviyyəsindən məmnunluq ifadə edilib.

Dövlət başçılarının ikitərəfli münasi­bətlərin bütün istiqamətlər üzrə ardıcıl in­kişafını təmin etmək səylərinin əhəmiyyəti vurğulanıb. 

Eyni zamanda, əməkdaşlığın müxtəlif sahələrində bir sıra layihələrin həyata ke­çirilməsi ilə bağlı konkret təkliflərə baxılıb.

***

Həmin gün Baş naziri Əli Əsədov Ta­cikistanın Baş naziri Koxir Rasulzoda ilə də görüşüb.

Əli Əsədov Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinin Tacikistanda yüksək səviyyədə keçirilməsinə görə bu ölkənin hökumətinə təşəkkürünü bildirib.

Tərəflər yüksək səviyyəli səfər və gö­rüşlərin Azərbaycan ilə Tacikistan arasın­da dövlətlərarası əlaqələrin möhkəmlən­məsində əhəmiyyətini qeyd ediblər. 

Bu kontekstdə Azərbaycan Preziden­tinin bu ilin aprelində Tacikistana dövlət səfərinin əhəmiyyəti qeyd olunub.

İki ölkə arasında iqtisadiyyatın konkret sahələri üzrə əməkdaşlığın hazırkı sə­viyyəsi və inkişaf perspektivləri nəzərdən keçirilib.

***

Sentyabrın 29-da Düşənbədə “Düşən­bə-2023” Beynəlxalq İnvestisiya Forumu keçirilib. Baş naziri Əl Əsədov forumun işində iştirak edib. 

Tədbirdə çıxış edən Ə.Əsədov foru­mun əhəmiyyətini qeyd edib. O bildirib ki, forum investisiya və biznes sahələrin­də qarşılıqlı fəaliyyətin möhkəmlənməsi, həmçinin Tacikistanın iqtisadi potensialı və sərmayə imkanları ilə tanış olmaq baxı­mından effektiv beynəlxalq platformadır. 

Ə.Əsədov forum iştirakçılarına Azər­baycanın iqtisadi inkişafı və əlverişli in­vestisiya mühiti barədə məlumat verib. 

O vurğulayıb ki, ölkə iqtisadiyyatı 2022-ci ildə 4,6 faiz artaraq rekord səviy­yəyə - təqribən 80 milyard ABŞ dollarına çatıb. Qeyri-neft və qaz sektorunda 9,1 faiz artım qeydə alınıb. Hazırda ölkənin strateji valyuta ehtiyatları 67 milyard dol­lardan çoxdur. Azərbaycanın xarici borcu böyük həcmdə azalaraq ÜDM-in 9,3 fai­zinə düşüb.

Qeyd edilib ki, hökumət iqtisadiyyata investisiyaların stimullaşdırılması məqsə­dilə müasir texnologiyalardan istifadə et­məklə və qabaqcıl beynəlxalq təcrübəni nəzərə alaraq, “açıq qapı” siyasəti yürü­dür. 

Forum iştirakçılarına dövlət tərəfindən vergi yükünün azaldılması, inzibati əngəl­lərin aradan qaldırılması və hüquqi baza­nın yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verilib. 

Baş nazir tacik investorları əlverişli biznes mühiti, xüsusi vergi və gömrük re­jimləri, fiskal və qeyri-fiskal güzəştlər pa­keti təklif edən yeddi sənaye parkı, habelə Ələt Azad İqtisadi Zonasının imkanları ilə yaxından tanış olmağa dəvət edib. 

Diqqətə çatdırılıb ki, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat arteriyalarının kə­sişməsində unikal coğrafi mövqedə yer­ləşməsi və infrastruktur potensialına malik olması Ələt Azad İqtisadi Zonasını dünya miqyaslı biznes platformasına çevirir. 

Bakı Beynəlxalq Dəniz Ticarət Lima­nının imkanlarının genişləndirilməsi üzrə işlərin davam etməsindən bəhs edən Baş nazir deyib ki, bu, Azərbaycanın ərazisin­dən keçən beynəlxalq nəqliyyat dəhliz­lərində daşımaların həcminin artması ilə əlaqədardır. 

Həmçinin kənd təsərrüfatı sektorunda qarşılıqlı fəaliyyətin perspektivlərinə toxu­nulub. Baş nazir qeyd edib: “Məqsədyönlü iqtisadi siyasət nəticəsində iqtisadiyyatın şaxələndirilməsinə nail olunub, aqrar sek­torun inkişafı üçün əlverişli şərait yaradı­lıb. Aqroparkların sayı artır və artıq 50-yə çatıb”.

Vurğulanıb ki, Azərbaycan torpaqla­rının işğaldan azad edilməsi ilə regionda yaranan yeni reallıqlar fonunda da inves­tisiya sahəsində əməkdaşlıq üçün yaxşı perspektivlər açılır. O, dost ölkələrin, o cümlədən Tacikistan şirkətlərini bu işlərə qoşulmağa çağırıb.

Azərbaycanda alternativ energetika sahəsində görülən işlər barədə forum iştirakçılarına məlumat verən Baş nazir bildirib ki, dünyanın aparıcı şirkətləri ilə birlikdə bu istiqamətdə bir sıra iri layihələr həyata keçirilir. 

Həmçinin iki ölkənin liderləri – İlham Əliyevin və Emoməli Rəhmonun uğur­lu siyasətinin rəhni kimi, Azərbaycan ilə Tacikistan arasında ikitərəfli münasibətlə­rin inkişafı vurğulanıb.

Son xəbərlər