Sahibə Qafarovanın Fransa Milli Assambleyasının sədri ilə görüşü

post-img

Milli Məclisin Sədri Sahibə Qafarova İrlandiyanın paytaxtı Dublin şəhərində Fransa Milli Assambleyasının sədri Yael Braun-Pivet ilə görüşüb. O, Fransanın Azərbaycana münasibətdə nümayiş etdirdiyi qərəzli mövqeyə toxunaraq deyib ki, Cənubi Qafqazdakı vəziyyətə birtərəfli, qərəzli yanaşma regionumuzda uzunmüddətli sülhün bərqərar olması səylərinə heç bir fayda vermir. 

S.Qafarova Fransa parlamentinin hər iki palatasının Azərbaycanla Ermənistan arasın­da normallaşmaya və sülh prosesinə mənfi təsir göstərən bir sıra bəyanatlar, qətnamələr qəbul etdiyini xatırladıb. Deyib ki, bu sənəd­lər beynəlxalq hüququn norma və prinsip­lərinə zidd olub, Azərbaycanın suverenliyi­ni və ərazi bütövlüyünü şübhə altına alıb. Əvəzində, bütün bu addımlar ərazilərimizdə separatizmi dəstəkləyib və Ermənistanda re­vanşist qüvvələri cəsarətləndirib.

Milli Məclisin Sədri Yael Braun-Pive­tin 2023-cü ildə Ermənistana səfər etdiyini xatırladaraq deyib ki, əgər fransalı spiker Ermənistandan sonra Azərbaycana da səfər etsəydi, bu, ölkəmizin mövqeyi ilə də tanış olmaq üçün ona yaxşı fürsət verə bilərdi. Fransanın 30 ildir ki, Azərbaycan əraziləri­nin Ermənistan tərəfindən işğalını, şəhərlə­rimizi, kəndlərimizi, tarixi və mədəniyyət abidələrimizi dağıtmasını pislədiyinin şahidi olmamışıq. Fransa Ermənistanın etnik tə­mizləmə siyasəti ilə üzləşmiş, Ermənistan­dan qaçqın və Qarabağdan məcburi köçkün düşmüş 1 milyon azərbaycanlının hüquqla­rından heç vaxt danışmayıb. 

S.Qafarova Fransa Milli Assambleya­sının sədrinə Azərbaycanın Qarabağ regi­onunda həyata keçirdiyi lokal antiterror tədbirləri haqqında da geniş məlumat verib. Diqqətə çatdırıb ki, Azərbaycan öz əraziləri­ni işğaldan azad etdikdən sonra Ermənistana suverenlik və ərazi bütövlüyünə hörmət əsa­sında münasibətlərin normallaşdırılmasını, sülh müqaviləsi imzalanmasını təklif edib. Lakin Ermənistan üç ildir ki, bu müqavilə­ni imzalamaqdan boyun qaçırmaq üçün bü­tün vasitələrə əl atır. Milli Məclisin Sədri Qarabağın erməni sakinlərinin Azərbaycan cəmiyyətinə inteqrasiya olunması ilə bağ­lı dialoq aparıldığını, qısa müddət ərzində Azərbaycan nümayəndələri ilə artıq Qara­bağın erməni icmasının nümayəndələri ara­sında iki görüş keçirildiyini bildirib. Milli Məclisin Sədri Sahibə Qafarova sentyabrın 29-da İrlandiyanın paytaxtı Dublin şəhərin­də keçirilən Parlament Spikerlərinin Avropa Konfransında çıxış edib. Diqqətə çatdırıb ki, artıq Qarabağ bölgəsinin erməni sakinləri­nin cəmiyyətimizə reinteqrasiyası başlayıb. Azərbaycan Respublikasının Prezidenti cə­nab İlham Əliyevin tapşırığına əsasən, Baş nazirin müavininin rəhbərlik etdiyi işçi qru­pu regionda sosial, humanitar, iqtisadi və in­frastruktur məsələləri ilə məşğul olur. 

Fransa Milli Assambleyasının sədri fakt­lar qarşısında susmalı olub.

*** 

Həmin gün Milli Məclisin Sədri Sahibə Qafarova İrlandiyanın paytaxtı Dublin şəhə­rində Ukrayna Ali Radasının sədri Ruslan Stefançuk ilə görüşüb. Görüşdə ölkələrimiz və parlamentlərimiz arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, ölkələrimiz və xalqlarımız arasında mü­nasibətlər zəngin tarixə malikdir. Xalqla­rımız uzun illər dostluq şəraitində yaşayıb. Azərbaycanın Ukraynaya göndərdiyi huma­nitar yardımlara görə ölkəmizə minnətdarlıq ifadə olunub və bu, dostluq münasibətlərinin göstəricisi kimi qiymətləndirilib. Bildirilib ki, ölkələrimiz arasında münasibətlər qanun­vericilik orqanları səviyyəsində də uğurla davam etdirilir.

Əliqismət BƏDƏLOV
XQ

Son xəbərlər