Azərbaycan milli geyimləri Vyanada

post-img

Sentyabrın 17-dən 24-dək Vyanada “Mədəniyyətlərarası bağlılığın uzun gecələri” adlı mədəniyyət həftəsi keçirilir. Sayca 6-cı dəfə təşkil edilən silsilə tədbirlərdə Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi də tərəfdaş qismində iştirak edir.

Sentyabrın 22-də Vyana Şəhər Bələdiyyəsinin Qızıl Salonunda “Dünyanın ge­yimləri“ adlı dəfilə təşkil edi­lib və dəfilədə 40-dan artıq ölkənin milli geyimləri təqdim olunub.

Moda sərgisində “Bakı Milli Geyim Evi”nin rəhbəri Könül Vəlibəylinin müəlli­fi olduğu Azərbaycan milli geyimləri nümayiş olunub və milli geyimlərin xüsusiy­yətləri barədə tamaşaçılara məlumat verilib. Bildirilib ki, təqdim olunan Azərbaycanın müxtəlif regionlarına xas ge­yimlərin tarixi XVII-XVIII əsrə gedib çıxır. 

“Şuşa İli”nə (2022-ci il) it­haf olunan Qarabağ geyimlə­ri, xarıbülbül motivi ilə hazır­lanmış müxtəlif yaş qrupları üçün geyimlər xüsusi maraq­la qarşılanıb.

Açılışda Azərbaycan Mə­dəniyyət Mərkəzində baş tutan silsilə tədbirlər çərçivə­sində Azərbaycan musiqisi, plenar iclas, rəsm sərgisi, sənədli filmlər və digər mə­dəniyyət nümunələri təqdim olunub.

XQ

Son xəbərlər