“Apple”in yeni “iPhone”ları

post-img

Dünən bütün dünyada “iPhone 15” seriyasının, eləcə də “Apple Watch Series 9”, “Apple Watch Ultra 2” və USB-C korpuslu “AirPods Pro”nun satışına başlanılıb.

Avropada yeni cihazların satışına yerli vaxtla səhər saat 8-də start verilib. 

Yeni cihazları əvvəlcədən sifariş edən müştərilər dünəndən etibarən onları almağa başlayıblar. Keçən illə müqayisədə bu il əvvəlcədən sifariş verənlər 10–12 faiz çox olub.

Məlumata görə, “iPhone 15 Pro” və “iPhone 15 Pro Max” modelləri ən çox maraq doğurub. Onları “Apple” on­layn mağazasından sifariş edənlər oktyabrın sonuna, hətta noyabra qədər gözləməli olacaqlar.

XQ

Dünya