“Fujifilm” – kameradan printerə

post-img

“Fujifilm” “İnstax Mini Link 2” adlı yeni kamera seriyasını təqdim edib. Bu model digərlərindən daha kiçik ölçüdə olması ilə fərqlənib. Kamera ilə çəkilmiş şəkilləri istənilən vaxt yanındakı printer vasitəsilə çap etmək mümkündür. 

Qeyd edək ki, “Fujifilm” şirkəti 1934-cü ildən fəaliyyət göstə­rir. Onların ilk məhsulu peşəkar 35 mm-lik film olmuşdur. İki il sonra, 1936-cı ildə həvəskar fotofilmlər seriyaya əlavə edildi. 

1939-cu ildə təşkilat “Aşıqara” tədqiqat laboratoriyası”nı yaratdı, sonra şirkət 1948-ci ildə ilk rəngli filmini istehsal etdi. 

Hazırda “Holdings Corporation və ya Fujifilm” adlanan şirkət Yaponiyada kamera, fotofilm, kinofilm və Fujifilm fotoları istehsalçısı kimi tanınır. Müəssisə, həmçinin tibbi avadanlıqlar, kompüterlər (CD-R, DVD-R və s.) və digər məhsullar isteh­sal edir. “Fujifilm” “Thomson Reuters” media şirkəti tərəfindən 2013-cü ildə 100 ən innovativ qlobal şirkəti siyahısına daxil edilmişdir.

S. FİDAN
XQ

Son xəbərlər