Şəhidlərin ruhuna ehtiram

post-img

Dövlət Turizm Agentliyi və Şamaxı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Şamaxıda 29 sentyabr – 1 oktyabr tarixlərində keçirilməsi nəzərdə tutulan Üzüm və Şərab Festivalı təxirə salınıb.

Dövlət Turizm Agentliyindən verilən məlumata görə, təd­birin proqramında müxtəlif konsert və əyləncələr nəzərdə tutulduğundan Təşkilat Komitəsi şəhidlərimizin ruhuna hör­mət əlaməti olaraq festivalın tarixinin dəyişdirilməsinə qərar verib.

Festivalın yeni tarixi barədə əlavə məlumat veriləcəkdir.

AYTƏN
XQ

Sosial həyat