Xəzan kədər gətirməsin!

post-img

Günəş şüaları azaldıqca və bədən soyuğa qarşı səfərbər olduqca, insan psixikası mövsümi affekt vəziyyətə keçir. Klinik psixoloq Denis Dolqov payız düşkünlüyündən çıxmaq üçün gur işıqlandırmadan istifadəni tövsiyə edib.

O, bildirib ki, gündüzün qısal­ması, Günəş işığının azalması ilə orqanizmdə melotonin və serotonin istehsalı azalır, buna görə psixika depressiyaya meyil edir. Bunun qarşısını almaq üçün müraciət edənlərə evdə və iş yerlərində ağ, gur işıqlanmadan istifadə etməyi, gündüz açıq havada bir az gəzmə­yi, D vitaminini artırmağı və idman etməyi məsləhət görürük.

Serotonin hasil edən qidaların rasiona daxil edilməsi məsləhət­dir. Bunlar banan, balıq, meyvələr, çərəz, xurma, qara şokolad, kakao, pendir, nanə, çobanyastığı, Melissa çayı, müxtə­lif vitaminlər, quru əncir ola bilər.

Psixoloq deyib ki, əgər bunlar sizin əhvalınızın düzəlməsinə kömək etmirsə, deməli, sizdə klinik depressiya ola bilər, bunun üçün ləngimədən psixiatra müra­ciət etmək məsləhət görülür.

Z.HÜSEYNLİ
XQ

Sosial həyat