Messi Avropaya qayıtmaq istəmir

post-img

Argentina millisinin və Amerikanın “İnter Mayami” klubunun hücumçusu Lionel Messi Avropa qitəsində oynamaq istəmədiyini bildirib.

Messi həmçinin Avropadan ABŞ-a keçdikdən sonra oyununun səviyyəsinin aşağı düşməsi ilə razı­laşmadığını bildirib. “Mən həmişə olduğu kimi hazır­laşıram və oynayıram”, – deyə qeyd edib.

Bu mövsüm argentinalı “İnter Mayami”nin heyə­tində 12 matçda 11 qol vurub, 5 məhsuldar ötürmə edib.

MAHMUD
XQ

İdman