“Formula 1”: Maks yenə birincidir

post-img

“Formula 1” üzrə Yaponiya Qran-prisinin sıralama turunda ən yaxşı nəticəni göstərən pilotun adı müəyyənləşib.

Birinci yerdə “Red Bull” komandasının pi­lotu Maks Ferstappen qərarlaşıb. Karyerası ərzində niderlandlı sürücü artıq 29-cu dəfədir ki, əsas yarışda birinci sırada yer alır. “McLa­ren” sürücüləri – Oskar Piastri ikinci, Lando Norris isə üçüncü olublar.

Yaponiya Qran-prisində əsas ya­rış sentyabrın 24-də təşkil ediləcək.

Leyla SABİRQIZI
XQ

İdman