Stolüstü tennisçilərimiz 9 medal qazanıblar

post-img

Gürcüstanın Batumi şəhərində keçirilən dünya seriyalı “WTT Youth Contender” turnirində qız stolüstü tennisçilərdən ibarət Azərbaycan millisi 9 medal qazanıb. 

Məşqçilər Fərhad İsmayılov və Elnur Hidayətzadənin rəhbərliyi ilə Zemfira Mikayılova, Ləman Abdulhə­midova, Nigar Mahmudova, Xədicə Əbilzadə, Mərziyyə Nurmətova, Ay­lin Əsgərova, Arzu Aslanova, Aysu Ağayeva, Xədicə Eylazova və Yağ­mur Məmmədlidən ibarət yığma bey­nəlxalq turnirdə 2 gümüş, 7 bürünc medala sahib olub. İdmançılarımız yarış zamanı qarşılaşdıqları 8 erməni rəqibi məğlubiyyətə uğradıblar. 

Leyla SABİRQIZI
XQ

İdman